Oyunun məzmunu
Siz astral səyahətinə daxil olursunuz, məqsədiniz oradan sağ çıxmaqdır.
Qaranlıq sizi izləyir, onun sizə qalib gəlməsinə icazə verməyin.
Oyun zamanı məkanın 99%-i qaranlıq olacaq.
İçəridə siz canlı və cansız hər şeylə qarşılaşa bilərsiniz.
Hər addımınız təhlükə ilə doludur — diqqətli olun.
Aktyorlara toxunmaq və onları təhqir etmək qadağandır.
Operatorun hər dediyinə qulaq asmalısınız — o, sizi bu səyahətdən çıxara biləcək yeganə səsdir.
Çıxmaq istəyən şəxs “stop” sözünü deməlidir.
Oyun dayandırıldıqdan sonra ödəniş geri qaytarılmır — fərq etmir 1 dəqiqə, ya yarım saat oynadınız,
ödəniş geri verilmir və oyuna geri qayıtmaq mümkün deyil.
İçəridə sıx və dar yerlərlə rastlaşa bilərsiniz.
Bəzən tək qalacaqsınız və nəfəs almaq belə çətinləşəcək.
Diqqətli olun — bu dünyada məntiq işləmir.
Burada qorxu qayda-qanundur.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.