Oyunun məzmunu
Artıq bir ildən çoxdur ki, bu şəhərdə dəhşətli manyak ova çıxıb. Deyilənə görə, o, öz qurbanlarını diqqətlə seçir, ələ salır və amansızlıqla öldürür. O, sadə vətəndaşların qəlbinə dəhşət salır. İnsanlar panika içərisindədir. Polis manyakın izinə düşə bilmir. Amma siz özünüz onun yanına getməyə çalışdınız və bunu açıq ifadə etdiniz yaxşı, o sizi eşitdi. Beləliklə, bu sizin seçiminiz idi, sizi manyakın məskəninə çəkdik ki, onun növbəti qəniməti olasınız.
Heç kim sizi eşitməyəcək, dualarınız kömək etməyəcək, sizə köməyə heç kim gəlməyəcək! Azadlıq qazanın.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.